BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin bəyanatında deyilir. Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial eskalasiyanın qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağıran bəyanatına qoşulduğunu bildirib.