"Beynəlxalq müşahidəçilər Azərbaycandakı seçkiləri maneəsiz və problemsiz müşahidə edə biliblər".
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan MSK bu seçkiləri keçirmək üçün böyük işlər görüb.
"Bu gözəl ölkəyə bir daha gəldiyimə görə çox şadam. Biz burada çox yüksək səviyyədə qəbul olunduq. Əmin olun ki, biz Azərbaycanın dostuyuq. Azərbaycanla əməkdaşlığımızı davam etdirməyə hazırıq", - Nilza Sena bildirib.