Azərbaycanın xalq artisti Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, Kulis.az məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlayıb. F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.
Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.