Rusiyadan ABŞ-a "cavab": 60 diplomatı ölkədən çıxarır
00:33 - 30 Mart 2018 - DÜNYA
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kremlin "Skripal işi"nə görə Qərbə cavab tədbirləri eyni olacaq.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, XİN rəhbəri Kreml 60 rus diplomatının ABŞ-dan çıxarılmasına analoji cavab veriləcəyini deyib.
"İnterfax" xəbər verib ki, Rusiya da öz növbəsində 60 amerikalı diplomatı ərazisindən çıxaracaq. "RT" isə bildirib ki, ölkədən çıxarılacaq ABŞ diplomatlarının sayı 58 nəfərdir. Onlar ölkəni aprelin 5-dək tərk etməlidirlər.
Bununla yanaşı, ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu da bağlayacaq.
Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keşmiş polkovniki Sergey Skripal və qızı martın 4-də Britaniyanın Soslberi şəhərində zəhərləniblər. London bildirib ki, onun zəhərlənməsində Rusiyanın əli var. Rəsmi Moskva bu ittihamı qəti şəkildə rədd edir.
Britaniyadan sonra Avropa İttifaqı ölkələri, həmçinin ABŞ, Kanada, Norveç, Ukrayna və və digər ölkələr hadisə ilə əlaqadar rus diplomatlarını öz ərazilərindən çıxarıblar. Xüsusən ABŞ 48 rus diplomatını və Rusiyanın BMT yanındakı missiyasının 12 əməkdaşını ərazisindən çıxardığını bildirib. Ağ Ev həmçinin Rusiyanın Sietldəki Baş Konsulluğunu da bağlayıb.
Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi rus diplomatlarının ABŞ-dan qovulmasına adekvat cavab veriləcəyini bildirmişdi.