Türkiyənin Diyarbakır əyalətində Nazro rayonunda terrorçu PKK silahlılarının uzun çaplı silahlar və raketatanlardan hərbçilərə hücumu nəticəsində birinin vəziyyəti ağır olmaqla, 6 hərbçi yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, terrorçular xidməti növbəni dəyişməyə gedən hərbçilərin avtomobilinə hücum edib.
Bildirilib ki, hadisə Nazro rayonunun Ürgen kəndi yaxınlığında baş verib.
Bölgədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb.