Britaniya Baş naziri Skripalın səhhətindən danışdı
23:36 - 26 Mart 2018 - DÜNYA
Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Skripalın səhhəti barədə danışıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, baş nazir keçmiş kəşfiyyatçının vəziyyətinin kritik olduğunu bildirib. "Sergey və Yuliya Skripal xəstəxanada kritik vəziyyətdədirlər. Təəssüf, həftənin sonunda həkimlər dedilər ki, onların vəziyyəti yaxın vaxtlarda çətin ki, dəyişsin. Ola bilər ki, onlar heç vaxt tamamilə sağalmasın", - deyə baş nazir bildirib.
Daha əvvəl Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko qeyd edib ki, Britaniya tərəfi Skripalın ikili vətəndaşlığı ilə əlaqədar onun səhhəti barədə məlumat verməkdən imtina edib.