Cənubi Koreyanı qatı zəhərli duman bürüyüb
11:16 - 26 Mart 2018 - DÜNYA
Koreya Respublikası hökuməti bu gün atmosferdəki təhlükəli mikrohissəciklərin konsentrasiyasının artması ilə bağlı təcili tədbirlər həyata keçirib. Hazırda ölkə üzrə orta hesabla onların səviyyəsi təhlükəli səviyyədən dörd-beş dəfə çoxdur.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Ətraf Mühitin Mühafizəsi Nazirliyindən bildirilib.
Hökumət ölkənin bir çox regionlarında qatı dumana qarşı mübarizə aparmaq məqsədi ilə avtomobillərin hərəkətini məhdudlaşdırıb, ictimai parklama yerlərini bağlayıb, havanı çirkləndirən müəssisələrin iş saatlarını azaldıb.