Rusiyada ticarət mərkəzindəki yanğına görə 4 nəfər saxlanılıb

10:36 - 26 Mart 2018 - DÜNYA

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar 4 nəfər saxlanılıb və ifadəsi alınıb. Trend-in məlumatına görə, cinayət işi çərçivəsində saxlanılanlar arasında ticarət mərkəzinə xidmət göstərən idarəedici şirkətin rəhbəri də var. Qeyd edək ki, 4 mərtəbəli "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 48 nəfər ölüb.

Xəbər xətti