Türkmənistanda parlament seçkiləri keçirilir
10:14 - 25 Mart 2018 - DÜNYA
Türkmənistanda parlament seçkilərinə start verilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da, (Bakı vaxtı ilə saat 6:00-da) açılıb.
Səsvermələr yerli vaxtla saat 19:00-dək davam edəcək. Bundan sonra isə səslərin hesablanmasına başlanılacaq.
Türkmənistan parlamentinə - Məclisə 125 yer uğrunda partiyalar və vətəndaş qrupları tərəfindən namizədlikləri irəli sürülmüş 284 nəfər mübarizə aparır. Seçkilər birmandatlı dairə üzrə keçirilir.
Deputatlar 5 il müddətinə seçilirlər.