Çexiyada kimyəvi maddələr istehsal edən zavodda partlayış

18:00 - 22 Mart 2018 - DÜNYA

Çexiyada kimyəvi maddələr istehsal edən zavodda partlayış olub.   "Report" "NTV"yə istinadən xəbər verir ki, paytaxt Praqanın şimalında yerləşən müəsissədə baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, xeyli sayda insan yaralanıb.  Yaralananın sayı açıqlanmayıb.   Məlumata görə, partlayış boş yanacaq tankerinin təmizlənməsi zamanı baş verib.

Xəbər xətti