Kabildə terror qurbanlarının sayı 32-yə çatıb

01:19 - 22 Mart 2018 - DÜNYA

Bu gün Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 32-yə çatıb. Trend-in "Tolo News"a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 52 nəfər xəsarət alıb. Daha öncə 26 nəfərin öldüyü, 18 nəfərin isə yaralandığı bildirilirdi. Partlayış Kabil Universitetinin yaxınlığında insanların Novruz bayramını qeyd etdiyi zaman törədilib.

Xəbər xətti