ABŞ və Türkiyə razılığa gələ bilməyib
09:01 - 21 Mart 2018 - DÜNYA
ABŞ və Türkiyə Suriyanın Mənbic şəhərindəki vəziyyətlə bağlı razılığa gələ bilməyiblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
“Razılaşmaya nail olunmayıb”, - deyə X.Nauert jurnalistlərə bildirib.
Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.