Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və Türkiyə razılığa gələ bilməyib

09:01 - 21 Mart 2018 tarixində dərc olunub.
ABŞ və Türkiyə Suriyanın Mənbic şəhərindəki vəziyyətlə bağlı razılığa gələ bilməyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.      “Razılaşmaya nail olunmayıb”, - deyə X.Nauert jurnalistlərə bildirib.     Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ  kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.    
Müəllif: