ADGTT-nın səhnəsində Çeburaşka

18:15 - 19 Mart 2018 - Mədəniyyət

Martın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premeyrası keçirildi. 

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tamaşa məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində təqdim edildiyi üçün premyeranı izləməyə çoxsaylı məktəblilər gəlmişdilər. Axı, Çeburaşka bütün uşaqların sevimli personajıdır.  Onun ən yaxın dostu Genanın səhnədə peyda olması ilə başlanan əhvalatı uşaqlar böyük maraqla izlədilər. Dostluq, səmimiyyət və dürsütlük. Tamaşa uşaqlara bunu ötürürdü.  Səhnə əsərini izləyən balaca dostlar mehriban, hər kəsə kömək etməyə hazır olan Çeburaşkanı çox sevdilər. Onlar çeburaşka ilə birgə sevinib onunla birgə kədərlənirdilər.  Uşaqlar bu tamaşanı izləyərkən bir daha başa düşdülər ki, dostluqda sədaqətli  və hər zaman dürüst olmaq lazımdır və əsl dostluq paxıllıq hissinin nə olduğunu bilməməkdir. 
Uşaqlar tərəfindən alqışlarla qarşılanan bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır. 
Tamaşada rolları Səbinə Məmmədova (Çeburaşka), Ceyhun Məmmədov( Gena), Zülfiyyə Alhüseynova(Şapoklyak), Xaliq Bəkirov (Kolya), Əməkdar artist Almaz Mustafayeva (Mariya Frantsovna), Ədalət Əbdülsəməd( polis)  və başqaları ifa edirlər. 

 


Xəbər xətti