Rasim Balayev əməliyyat olunacaq

14:32 - 13 Mart 2018 - Mədəniyyət

Tanınmış kinoaktyor, xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Ölkə.Az"a açıqlamasında sənətkarın özü məlumat verib. Onun sözlərinə görə yaxın günlərdə sidik kisəsindən əməliyyat olunacaq. Xalq artisti qeyd edib ki, əməliyyat Bakıda həyata keçiriləcək. 
 

Qeyd edək ki, R.Balayev uzun müddətdir ki, bir neçə xəstəlikdən əziyyət çəkir.

Xəbər xətti