Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3149-a çatıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, təkcə ötən gün Afrində 94 terrorçu məhv edilib.
Əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.
Türkiyə Ordusu və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 4 kilometrliyindədirlər.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.