Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Ordusu Afrində terrorçulara aman vermir - <font color=red><b>3149 ölü</b></font>

11:27 - 9 Mart 2018 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3149-a çatıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, təkcə ötən gün Afrində 94 terrorçu məhv edilib.

 

Əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.
 

Türkiyə Ordusu və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 4 kilometrliyindədirlər.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: