Xəzər dənizində zəlzələ baş verib.
"Ucnoqta.az" xəbər verir ki, Trend-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumata görə, ilkin məlumatlara əsasən mart ayının 8-i yerli vaxtla saat 17:53:19-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 5 km olub.