2017-ci ildə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC tərəfindən regionda ilk dəfə olaraq Azərbaycanda ən effektiv və müasir səviyyədə sterilizasiya aparılmasına imkan verən yüksək gücə və məhsuldarlığa malik sterilizasiya qurğusu yaradılıb.
"Ucnoqta.az" "APA-Economics"ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, qurğuda son tamamlanma işləri aparılır.
Sterilizasiya qurğusunun bu il istismara verilməsi gözlənilir.