Novruz bayramında məktəblərdə 1 həftə dərs olmayacaq

11:36 - 6 Mart 2018 - ÖLKƏ İÇİ

Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.

"Ucnoqta.az" Təhsil Nazirliyindən “Ölkə.Az”a verilən məlumata istinadən bildirir ki, məktəbdə dərslər martın 27-də başlayacaq.
 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.
 

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

Xəbər xətti