Bu küçələrdə güclü tıxac var - Əhalinin NƏZƏRİNƏ

10:06 - 5 Mart 2018 - ÖLKƏ İÇİ

 Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. 
 
Onun sözlərinə görə, sıxlıq daha çox Tbilisi, Xətai, Qara Qarayev  prospektləri, Zərbadi, Afiyyədin Cəlilov küçələrində hiss olunur. 
 
Sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Xəbər xətti