Putin seçkilərə müdaxilədə ittiham olunanları ABŞ-a təhvil verməkdən İMTİNA EDİB
23:25 - 4 Mart 2018 - DÜNYA
Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək.
"Ucnoqta.az" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.
"Heç vaxt. Rusiya ümumiyyətlə öz vətəndaşlarını harasa ekstradisiya etmir, eləcə də ABŞ-a", - deyə prezident bildirib.
Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər. "Onların dəqiq nə etdiklərini mən bilmirəm", - deyə o bildirib. (report.az)