Ucnoqta.az
www.ucnoqta.az

Putin seçkilərə müdaxilədə ittiham olunanları ABŞ-a təhvil verməkdən <font color=red><b>İMTİNA EDİB</b></font>

23:25 - 4 Mart 2018 tarixində dərc olunub.
Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək. "Ucnoqta.az" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib. "Heç vaxt. Rusiya ümumiyyətlə öz vətəndaşlarını harasa ekstradisiya etmir, eləcə də ABŞ-a", - deyə prezident bildirib. Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər. "Onların dəqiq nə etdiklərini mən bilmirəm", - deyə o bildirib. (report.az)
Müəllif: