Tahir Əkbər dəfn edildi — FOTOLAR

19:23 - 3 Mart 2018 - ÖLKƏ İÇİ

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər "Qurd qapısı" qəbristanlığında dəfn edilib.

 

Ucnoqta.az xəbər verir ki, "Ölkə.Az"-ın məlumatına görə, bəstəkarın dəfnində sənət nümayəndələri, dostları və ailə üzvləri iştirak ediblər. Bəstəkarın həyat yoldaşı Aybəniz xanım əməkdaşımızla söhbətində ağır günlərdə onlara dəstək olanlara təşəkkürünü bildirib:

"Tahir müəllimin oğlu yoxdur, bir mənəm, bir də qızı. Amma bu ağır günlərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, bəzi millət vəkilləri yanımızda oldular. Hamısına təşəkkür edirəm. Bu, Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Başqa heç nə deyə bilmərəm". 

Qeyd edək ki, T.Əkbər ötən gecə uzun sürən xəstəlikdən sonra 72 yaşında vəfat edib.

 


Xəbər xətti