Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var

16:24 - 2 Mart 2018 - ÖLKƏ İÇİ

Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 59.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.
 
"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda mövcud olan seçki məntəqələrin ümumi sayı 5641-dir, ancaq 5 günlük yaradılan məntəqələri daxil deyil. Ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqənddir.

 

Xəbər xətti