Dəhşətli yanğında ölənlər arasında məhkum varmı?-Generaldan Açıqlama

15:12 - 2 Mart 2018 - ÖLKƏ İÇİ

Xətai rayonu Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik.Hazırda olan məlumata əsasən yanğında 25 nəfər həlak olub.Baş verən dəhşətli yanğınla bağlı müxtəlif versiyalar səsləndirilib.Sosial şəbəkələrdə yanğın zamanı müxtəlif məhkumların da orada olduğu, müalicə aldığı bildirilib.

 

Ucnoqta.az xəbər verir ki, yayılan məlumatlarla bağlı Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəis müavini general-mayor Hüseyn Əlixanovla əlaqə saxlanılıb. O saytımıza açıqlamasında yanğın zamanı həlak olanlar arasında məhkumlardan heç kimin olmadığını bildirib.

 

“Bəli, ola bilir məhkulardan orda müalicə alsın. Ancaq yanğın baş verən zaman orda bizim məhkumlardan olmayıb. Məhkumlar arasında o xəstəlikdən əziyyət çəkənlər var. Bu istiqamətdə müalicə olunurlar. Düşünürəm ki, yaralılardan və ya xəsarət alanlardan da olsa xəbərimiz olardı. Dəhşətli yanğın baş verib. Allah ölənləri rəhmət eləsin.”

 

 

 

 

 

 

 

 

 

 

Bizim Yol

 

Xəbər xətti