Bakıda 50 yeni dayanacaq istifadəyə verdi

15:01 - 2 Mart 2018 - Cəmiyyət

Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib.
 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
 
M.Ağayevin sözlərinə görə, bunlardan da 27-də pavilyon quraşdırılıb:
 
“Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır”.

Xəbər xətti