Xətai rayonu Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik.
Ucnoqta.az xəbər verir ki, Bizim Yol baş verən dəhşətli yanğınla bağlı baş prokrorun birinvi müavini Rüstəm Usubovla əlaqə saxlayıb. Hadisə yerində olan Rüstəm Usubov bu barədə açıqama vermək üçün hələki araşdırma getdiyini bildirib.
“Nə qədər adam ölüb, bunun üçün araşdırma gedir.Hələki danışmaq mümkün deyil. Mən hazırda hadisə yerindəyəm. Araşdırma gedir.Yarım sata kimi 4 nazirlik birgə mətbuat konfransı keçirəcək və hadisə barədə ətraflı açıqlamalar veriləcək.İndi çox məşğulam.”