Ağsuçayının məcrası dəyişdirildi

13:58 - 1 Mart 2018 - ÖLKƏ İÇİ

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində bəzi evlərdə yarana biləcək təhlükənin qarşısını almaq üçün tədbirlərə başlanılıb.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu rayon icra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.
 

Onun sözlərinə görə, məcrasından çıxan Ağsuçayın bəndlərə tərəf axınının qarşısı alınıb:
 

"Çayın evlər istiqamətindəki bəndlərini su yumuşdu. Bu da evlər üçün real təhlükəyə çevrilmişdi. Hadisə yerinə ağır texnikalar cəlb edildi və suyun bəndlərə tərəf axınının qarşısı alındı və çay başqa istiqamətə axır. Artıq həmin istiqamətə axın yoxdur. Artıq çayın məcrası dəyişdirildiyindən təhlükə də ciddi deyil".
 

İ.Mikayılov deyib ki, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti hadisə yerinə baxış keçirib və yaxın günlərdə çayın yenidən bəndlənməsinə başlanacaq.
 

Qeyd edək ki, son vaxtlar yağan yağışlar nəticəsində Ağsuçay Ağsu rayonu ərazisindən keçən hissəsində məcrasından çıxıb və bəndləri yuyub, nəticədə çay kənarında yerləşən evlərə təhlükə yaradıb.

Xəbər xətti