Nazir Serbiya səfirini qəbul etdi

16:19 - 27 Fevral 2018 - SİYASƏT

Fevralın 27-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb.

"Ucnoqta.az" Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a  verilən məlumata istinadən bildirir ki, Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun vurğulandığı görüşdə bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.
 

Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
 

Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.

Xəbər xətti