Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 2 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bununla prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.
Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:
Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Razi Nurullayev - prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;
Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;
Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Əli Əliyev - prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb;
Sərdar Məmmədov - prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb.