Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gündən - fevralın 21-dən martın 20-dək Azərbaycan ərazisində qışın son çağı - “boz ay” başlayıb.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün “boz ay” adlanır.
Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 20-dək kiçik çillə, fevralın 21-dən martın 20-dək “boz ay” davam edir.
Martın 20-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq.
"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, bu il Novruz çərşənbələri fevralın 27-dən başlayacaq. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, fevralın 27-də Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə Torpaq çərşənbəsi qeyd olunacaq. B u il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.
Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.
Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...