Xalq artisti Səfurə İbrahimova 25 il sonra televiziyaya çıxıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 79 yaşlı aktrisa “Səhər-səhər” proqramında göz yaşlarını saxlaya bilməyib:
“Çoxdandır sizləri görmürdüm. Ona görə kövrəldim. Deyəsən bu verliş mənə həsr olunub”.
Qeyd edək ki, Səfurə İbrahimova artıq illərdir ki, qapalı həyat tərzi keçirir. Səfurə İbrahimova 2005-ci ildə səhhətində problem yarandığına görə işlədiyi Akademik Milli Dram Teatrını tərk edib. O, uzun müddətdir ki, həmkarları ilə əlaqəni kəsib.