Fransanın caz musiqiçisi Didye Lokvud 63 yaşında vəfat edib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib.
Caz ifaçısının ölüm səbəbi açıqlanmır.
Musiqiçi 1956-cı ildə Kale şəhərində dünyaya göz açıb. O, öz karyerası ərzində 20-dən çox caz albomu buraxıb.