Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin fevral ayının 23-də saat 11ºº-da Göyçay şəhərində Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev prospekti 98 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən bildirir ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.