Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi bu gün rəsmi rəsmən təsdiq olundu.
Nazirlər Kabinetinin -nın mətbuat xidmətinin rəhbəri Akif Əli KİV-ə açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrıldığını bildirmişdi.
“Ucnoqta.az” xəbər verir ki, Bizim Yol kirayə haqqı üçün sakinlərə ayrılan vəsaitin məbləğini dəqiqləşdirib. Məlun olub ki, hər bir kirayə köçürülən ailə(ev) üçün 250 manat kirayə haqqı müəyyən edilib.Sakinlər isə bu məbləğə etiraz edərək, 250 manatın 1 otaqlı kirayə evin qiyməti olduğunu bildirib.
“Onlar saytımıza bildirib ki, Bayıl sürüşmə zonasında köçürülən ailələrin ailə tərkibi demək olar hamısında, azı 3-4 nəfərdir. Bunlar necə ola bilər ki, bir ataqda kirayə qalsın.Burda evli olan, yanında atası-anası, bacısı, qardaşı olan var. Bu məsələ həll edilməlidir.”