Bayılda aparılan araşdırmalar, buruq-qazma, tomoqrafik işlər, laborator müayinələrin yekun nəticələr fevralın 13-də Nazirlər Kabinetinə təqdim edilib.
"Ucnoqta.az" xəbər verir ki, bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Ə.Qaralov deyib ki, hazırda Bayıl sürüşmə zonası aktiv fazadadır:
“Aparılan araşdırmaların nəticəsinə Nazirlər Kabinetində baxılacaq və müvafiq qərar qəbul olunacaq”.
Nazirlik rəsmisinin sözlərinə görə, ərazidə hər hansı infrastruktur salınması yolverilməzdir:
“Ərazidə 30 metrlik yarğanlar əmələ gəlib, aktivlik hələ də davam edir. Ümumiyyətlə, Bayıl yamacını yükləmək, orada tikinti aparmaq bir dəfəlik qadağan olunmalıdır. Ərazi qorunmalıdır”.