Türkiyənin "TRT Belgesel" kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, TRT Belgesel, ötən il “Bilinməyən Tarix, Nargin Adası Əsarəti ” adlı sənədli film çəkilişlərinə Bakı, Nargin Adası və Gəncədə start verib.
Sənədli film, Birinci Dünya müharibəsində Nargin adasında rus ordusu tərəfindən əsir götürülən osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edir.
TRT sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə başda Azərbaycan Dövlət Televiziyası AZ TV, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və əməyi keçən hər kəsə minnətdarlığını bildirir. Bu sənədli film Azərbaycan və Türkiyənin ortaq şanlı tarixinin bir parçası olaraq yaddaşlarda yaşayacaq.
Sənədli film fevralın 17-də saat 21.30 – da "TRT Belgesel" kanalında yayımlanacaq.