Milli Məclis sabah 18 məsələyə görə toplanacaq

09:48 - 12 Fevral 2018 - ÖLKƏ İÇİ

Sabah - fevralın 13-də Milli Məclisin yaz sessiyasının  növbəti plenar iclası keçiriləcək

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, iclasın gündəliyinə 18 məsələ daxildir. 

Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. 

Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. 

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

Xəbər xətti