Həcc ziyarətinə sənəd qəbulu başlayır

19:33 - 11 Fevral 2018 - ÖLKƏ İÇİ

Sabahdan Azərbaycanda 2018-ci il üzrə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

 

Ucnoqta.az” APA-ya istinadən xəbər verir ki, fevralın 12-dən Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (QMi) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4Х6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Eyni zamanda builki Həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta Həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır.

Xəbər xətti