Leytenant Rahib Quliyevin şəhid olmasından 2 il ötür -FOTOLAR

14:07 - 10 Fevral 2018 - ÖLKƏ İÇİ

Bu gün Rahib Nəriman oğlu Quliyevin şəhid olmasından 2 il ötür.

 

Ucnoqta.az” xəbər verir ki, 1989-cu ildə Tovuz rayon Bozalqanlı kəndində anadan olan Rahib Quliyev leytenant kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2016-cı il Fevral ayının 10-da Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Fevralın 11-də doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində son mənzilə yola salınıb.

 

Dəfn mərasimində minlərlə insan, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

 

Rahib Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

 


Xəbər xətti