Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov paytaxtın 9-cu mikrorayon ərazisində yerləşən dəbdəbəli villasını satışa çıxarıb.
“Ucnoqta.az” Sfera.az-a istinadən xəbər verir ki, artıq həmin villanın darvazasının üzərində "satılır" lövhəsi vurulub.
İcra başçısının villasının qonşuluğunda keçmiş vergilər naziri Fazil Məmmədovun da dəbdəbəli evi yerləşir.
Xaləddin İsgəndərovun villasının 2 milyon manata əmlak agentinliyinin vasitəçiliyi ilə satışa çıxarıldığı deyilir.
Villanın fotosunu təqdim edirik: