Bərdədə yol kənarında yeni doğulan körpə tapılıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun İmirli kəndində baş verib.
Uşağın 7 aylıq olduğu bildirilib. Kənd sakinlərinin sözlərinə görə, körpəni xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.