Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq İsrailə hava sahəsini açıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
Səudiyyə hökuməti Dehlidən Tel-Əvivə uçacaq Air İndia hava yollarına aid təyyarələr üçün hava sahəsini açıb. Bu qərar sayəsində Hindistan və İsrail arasındakı uçuş vaxtı 2 saat azalmış olacaq.
Yaxın Şərqdə İranı ortaq düşmənləri olaraq görən İsraillə Səudiyyə bu addımla bir az daha yaxınlaşmış oldular.