Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı o ölkəyə hava sahəsini açdı - <font color=red><b>Tarixdə ilk</b></font>

16:30 - 7 Fevral 2018 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq İsrailə hava sahəsini açıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. 
 

Səudiyyə hökuməti Dehlidən Tel-Əvivə uçacaq Air İndia hava yollarına aid təyyarələr üçün hava sahəsini açıb. Bu qərar sayəsində Hindistan və İsrail arasındakı uçuş vaxtı 2 saat azalmış olacaq. 

 

Yaxın Şərqdə İranı ortaq düşmənləri olaraq görən İsraillə Səudiyyə bu addımla bir az daha yaxınlaşmış oldular. 

Müəllif: