İstirahət günü hava necə olacaq? PROQNOZ

12:14 - 3 Fevral 2018 - ÖLKƏ İÇİ

Azərbaycanda istirahət günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata istinadən bildirir ki, fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə dumanolacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

ETSN xəbərdarlıq edir ki, fevralın 4-dən 7-dək bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.

Xəbər xətti