Britaniyanın Spice Girls pop-qrupunun üzvləri yenidən birləşir.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sun nəşri məlumat yayıb. Viktoriya Bekxem razılıq verdikdən sonra qrup yenidən bir araya gələ bilib.
Hələ ötən il qrup üzvləri Spice Girls-ün 2018-ci ildə yenidən birləşəcəyini açıqlasalar da, Bekxem bunu təkzib etmişdi.
Viktoriya Bekxemlə Cerri Xolliuell ailə vəziyyəti və işgüzar razılaşmalarla əlaqədar olaraq turlara qatıla bilməyəcəklər. Bekxemin şərtlərindən biri də vokal hissələrində iştirak etməmək olub.
Yeni layihəyə görə, hər iştirakçı 14 milyon dollar alacaq.
Qeyd edək ki, pop-qrup 1994-cü ildə yaradılıb.