Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsinə təyinat olub.
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə bu vəzifəyə Azər Süleymanov təyin edilib.
BNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.
Qeyd edək ki, A. Süleymanov 2015-ci ilin sentyabrından DBNX-nın rəisi vəzifəsini icra edirdi.