Rusiyanın paytaxtı Moskva şəhərində "Mənim evim - Moskva" Milli Mədəniyyətlər Festivalı fevralın 3-də Azərbaycan Mədəniyyəti Günləri təşkil edəcək.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, festival iştirakçıları tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti ilə tanış ola, milli yeməklərin dadına baxa və xalq yaradıcılığı üzrə master-klassda iştirak edə biləcəklər.
Bununla yanaşı, həmin gün Moskva Pionerlər Sarayında Azərbaycanın milli geyimlərinin və rəssamlarının əsərlərinin sərgisi, akvaqrim və xalq çalğı alətlərində ifa üzrə tematik master-klasslar keçiriləcək.
Festival iştirakçıları həmçinin uşaqlar üçün nəzərdə tutulan "Cırtdanın nağılı" tamaşasını izləyə biləcəklər.
Tədbirə giriş pulsuzdur.