Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 104 cinayət faktı qeydə alınıb.
"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, onların 19-u "isti izlər"lə açılıb.
Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.